AZ

ABŞ səfirliyi “Qarabağ”ı təbrik edib

ABŞ səfirliyi “Qarabağ” futbol klubunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi münasibətilə təbrik edib.

Bu barədə səfirliyin sosial şəbəkə hesabında təbrik mesajı yerləşdirilib.

“ABŞ səfirliyi “Qarabağ” futbol klubunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi münasibətilə səmimi qəlbdən təbrik edir. Bu, Azərbaycan futbolu tarixində ilk belə nailiyyətdir! Bu uğur Avropanın ən mötəbər futbol səhnəsində nümayiş etdirilən əzmkarlığın, yüksək intizamın və peşəkar ustalığın nəticəsi olan ardıcıl güclü çıxışların məntiqli yekunudur.

ABŞ iyun ayında FIFA Dünya Çempionatına ev sahibliyi etməyə hazırlaşarkən, idmanın insanları bir araya gətirmək, sərhədləri və mədəni fərqləri aşmaq kimi bənzərsiz gücünü bir daha xatırlayır. Dünyanın dörd bir yanında azarkeşlərə futbolun sevincini yaşadan daha çox unudulmaz anların olacağına inanırıq!”, – qeyd edilib.

Seçilən
13
26
veteninfo.az

10Mənbələr