AFFA iki komandanı texniki məğlubiyyətlə cəzalandırıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
AFFA Region Liqasında keçirilməli olan "Bakı" TFK – "Xan Çinar" qarşılaşması birincilərin təyin olunan vaxtda meydanda olmaması səbəbindən baş tutmadığı üçün meydan sahiblərinə 0:3 hesablı texniki məğlubiyyət verilib.
AFFA U-14 Liqasında baş tutan "Qaradağ Lökbatan" – MOİK oyununda isə meydan sahiblərinin heyətində protokolda adı qeyd edilməyən futbolçu iştirak etdiyi üçün klub 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта