AZ

AFFA bu komandaları cəzalandırdı

AFFA iki komandanı texniki məğlubiyyətlə cəzalandırıb. Metbuat.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.AFFA Region Liqasında keçirilməli olan "Bakı" TFK – "Xan Çinar" qarşılaşması birincilərin təyin olunan vaxtda meydanda olmaması səbəbindən baş tutmadığı üçün meydan sahiblərinə 0:3 hesablı texniki məğlubiyyət verilib.

AFFA U-14 Liqasında baş tutan "Qaradağ Lökbatan" – MOİK PFK oyununda isə meydan sahiblərinin heyətində protokolda adı qeyd edilməyən futbolçu iştirak etdiyi üçün klub 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

Seçilən
4
7
metbuat.az

10Mənbələr