RU

Köçəryan Paşinyanı Türkiyənin agenti adlandırdı: Təkcə Hakan Fidan deyil...

Bu gün, 29 yanvar tarixində keçirilən mətbuat konfransında Ermənistanın ikinci prezidenti, Xocalı qatili Robert Köçəryan Ermənistandakı daxili və xarici siyasi vəziyyət haqda danışıb.

Publika.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, o, xüsusilə Türkiyənin xarici işlər naziri Hakan Fidanın açıqlamasına reaksiya verib.

Hakan Fidan bildirmişdi ki, Ermənistanda keçiriləcək seçkilər ərəfəsində xalq Paşinyanı dəstəkləyir.

“Təkcə Hakan Fidan deyil, həm də Kaya Kallas Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyanı birbaşa dəstəkləyir. Düşünmürəm ki, bu, onların şəxsi təşəbbüsüdür. Bu, Ermənistandan gəlir. Hazırkı hakimiyyət xarici səfərlər vasitəsilə siyasətini təqdim edir, Qərb yolunun tərəfdarı olduqlarını və Rusiya ilə münasibətlərdə mümkün gərginliyə tab gətirməyə hazır olduqlarını bildirirlər. Mixeil Saakaşvili də keçmişdə oxşar strategiyadan istifadə edərək münasibətləri gərginləşdirir və sonra dəstək ümidi ilə Qərbə üz tuturdu”, - Köçəryan bildirib.

Onun sözlərinə görə, bu, əvvəlki siyasi təcrübəni təkrarlayır, lakin Ermənistan indi əks yolu seçib: "Bu, eyni modeldir, yalnız əks effekt verir. Əvvəllər biz bəzi ölkələrlə münasibətlərə xələl gətirmədən konstruktiv siyasət yürütməyə çalışırdıq. İndi isə Ermənistan tam əksini edir - Qərbdən müəyyən dəstək almağa ümid edərək münasibətləri gərginləşdirir", - deyə o əlavə edib.

Избранный
10
publika.az

1Источники