Qadınlarda yuxu problemlərinin çox vaxt çoxlarının düşünmədiyi gizli səbəbləri olur.
E-saglam.az-ın məlumatına görə, həkimlər Fakundo Nogueyra və Ramiro Herediya, eləcə də psixoloq Mariam Holms qəfil yuxusuzluğa səbəb ola biləcək altı amili müəyyən ediblər.
Mariam Holmsa görə, əsas səbəblərdən biri yetkinlik, menstruasiya, hamiləlik, doğuşdan sonrakı dövr və menopauzayla müşayiət olunan hormonal dəyişikliklərdir. Bundan əlavə, ev məsuliyyətləri və ailəyə qayğı ilə bağlı stress də yuxunu poza bilər. Psixoloqun istinad etdiyi digər bir amil qadınların gecələr tez yuxuya getməsinə mane olan düşüncələrə dalma meylidir.
Dr. Ramiro Herediya qeyd edir ki, yuxu apnesi qadınlarda çox vaxt diaqnoz qoyulmur və bu da bir çoxlarının lazımi müalicə almamasına səbəb olur. Qadınlar həmçinin yuxu keyfiyyəti ilə birbaşa əlaqəli olan depressiya və narahatlıq kimi ruhi sağlamlıq pozğunluqlarına daha çox məruz qalırlar.
Fakundo Nogueyra əlavə edir ki, axşamlar sinir sistemini həddindən artıq stimullaşdıran vərdişlər yuxuya mənfi təsir göstərir: cihazlardan istifadə, yatmazdan əvvəl gərgin iş və ya idman və nizamsız yuxu cədvəli.
Tərcümə: Könül Oruc
E-saglam.az