RU

“Lufthansa” İsrailə gecə uçuşlarının ləğvini fevralın 3-dək uzadıb

Lufthansa İsrailə gecə uçuşlarının ləğvini fevralın 3-dək uzadıb

“Lufthansa” İsrailə həyata keçirilən gecə reyslərinin ləğv müddətini fevralın 3-dək uzadıb.

APA xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Aviaşirkət yanvarın 15-dən etibarən Tel-Əviv istiqamətində bütün uçuşları yalnız gündüz saatlarında həyata keçirir.

“Lufthansa” Qrupu açıqlamasında bildirib ki, gecə uçuşlarının ləğvi ilə əlaqədar dəyişikliklər sərnişinlər üçün mümkün narahatlıqları minimuma endirmək məqsədi daşıyır. Qeyd olunub ki, ləğv edilən gecə reyslərinin vaxtı gündüz saatlarına keçirilib.

Избранный
48
2
apa.az

3Источники