AZ

“Lufthansa” İsrailə gecə uçuşlarının ləğvini fevralın 3-dək uzadıb

"Lufthansa” (Lufthansa, SWISS, Austrian Airlines, Brussels Airlines və Eurowings aviaşirkətləri) İsrailə gecə reyslərinin ləğvi müddətini fevralın 3-dək uzadıb.
 
Bu barədə "The Times of Israel” məlumat yayıb.
 
Aviaşirkət yanvarın 15-dən etibarən Tel-Əviv istiqamətində bütün uçuşları yalnız gündüz saatlarında həyata keçirir.
 
"Lufthansa”nın açıqlamasında bildirilib ki, gecə uçuşlarının ləğvi ilə əlaqədar dəyişikliklər sərnişinlər üçün mümkün narahatlıqları minimuma endirmək məqsədi daşıyır.
 
Qeyd olunub ki, ləğv edilən gecə reyslərinin vaxtı gündüz saatlarına keçirilib.
 
///APA
Seçilən
28
2
sitat.info

3Mənbələr