RU

Qalatasaray 35 milyona La Liqadan futbolçu transfer edir

Sherg.az saytına istinadən ain.az xəbər verir.

Türkiyə Superliqası təmsilçisi “Qalatasaray” İspaniyanın “Vilyarreal” klubunun futbolçusu Pape Qeyeni heyətinə qatmağa hazırlaşır.

Teleqraf “Fotomaç”a istinadən xəbər verir ki, “cim-bomlar” 27 yaşlı seneqallı yarımmüdafiəçi ilə artıq prinsipial razılıq əldə edib.

La Liqa təmsilçisi əvvəlcə futbolçu üçün 40 milyon avro tələb etsə də, Pape Qeyenin “Qalatasaray”da çıxış etmək istəyi səbəbilə bu məbləği 35 milyon avroya endirib. “Sarı-qırmızılar” yaxın günlərdə transferi yekunlaşdırmağı planlaşdırır.

Qeyd edək ki, "Qalatasaray" daha əvvəl “Napoli”dən Noa Lanqı transfer edib və “Jirona”dan Yaser Asprilyanı icarəyə götürüb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
19
34
sherg.az

10Источники