"Qalatasaray" "Vilyarreal"ın futbolçusu Pape Queye ilə razılığa gəlib. Metbuat.az xəbər verir ki, yarımmüdafiəçi Türkiyə nəhənginə transfer olmağa razılıq verib. Yarımmüdafiəçi "Qalatasaray"ın 4,5 illik müqaviləsini və illik 4 milyon avro təklifini qəbul edib. Türkiyənin “Sabah” qəzetinin məlumatına görə, razılaşmadan əvvəl 40 milyon avro tələb edən "Vilyarreal" futbolçunun "Qalatasaray"la razılıq əldə etməsindən sonra transfer qiymətini 35 milyon avroya endirib. Bildirilir ki, "Qalatasaray" yarımmüdafiəçi üçün 30 milyon avro büdcə ayırıb.