RU

I Liqa klubu yeni transferini açıqladı

"Qəbələ"nin sabiq qapıçısı Əmrah Məmmədli karyerasını I Liqada davam etdirəcək.

Fanat.Az xəbər verir ki, "Mingəçevir" 24 yaşlı qolkiperlə anlaşdığını açıqlayıb.

Onunla mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, Əmrah Məmmədli karyerası ərzində "Şimal", "Cəbrayıl", "Araz-Saatlı" və MOİK klublarının da formasını geyinib.

Избранный
52
fanat.az

1Источники