
Taylandın Çianq May şəhərində kiçik hərbi təyyarə qəzaya uğrayıb.
Missiya.Az Haber Global-a istinadən xəbər verir ki, hadisə nəticəsində iki pilot həlak olub.
Məlumata görə, Tayland Kral Hərbi Hava Qüvvələrinə məxsus "Beechcraft AT-6TH" təyyarəsi təlim uçuşu zamanı şəhərin yaxınlığında yerləşən bir kəndin meşəlik ərazisinə düşüb.Yerli media xəbər verir ki, qəzadan sonra ətraf sakinlər partlayış səsi eşidiblər və təyyarənin alovlandığı müşahidə olunub.
Seyranə QuliyevaMissiya.Az