Bakıda müşahidə olunan yağmurlu hava şəraiti ilə əlaqədar Zığ dairəsi–Hava Limanı avtomobil yolunun bəzi zolaqlarında sürət həddi 20 km/saatadək endirilib. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
NİİM-in açıqlamasına görə, məlumat-sürət tablolarında müvafiq dəyişikliklər edilib, eyni zamanda bütün elektron tablolarda “sürüşkən yol” xəbərdarlıq nişanı aktivləşdirilib.
Qurum sürücüləri müəyyən edilmiş sürət həddinə ciddi əməl etməyə çağırıb.