RU

“Azsığorta” ötən ili mənfəətlə başa vurub

“Azsığorta” ASC 2025-ci ili 1 milyon 800 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2024-cü ildə 1 milyon 694 min manat mənfəət əldə edib ki, bu da illik müqayisədə 6.3% artımdır.

Banker.az bu barədə sığorta şirkətinin illik hesabatına istinadən xəbər verir.

Ötən il “AzSığorta” ASC-nin cəmi gəlirləri 13 milyon 303 min manat (əvvəlki ilə nisbətən 2% çox), cəmi xərcləri 11 milyon 53 min manat (2% çox) təşkil edib. 2024-cü ildə sığorta şirkətinin cəmi gəlirləri 13 milyon 33 min manat, cəmi xərcləri 10 milyon 874 min manat olub.

Xatırladaq ki, “Azsığorta” ASC 2006-cı ildə yaradılıb, 14 mln. manat nizamnamə kapitalına sahibdir. Şirkətin səhmlərinin 100%-i Hikmət İsmayılova məxsusdur.

Избранный
34
banker.az

1Источники