RU

“MyLift” platforması yaradılıb

Bakı, 29 yanvar, AZƏRTAC

Liftlər fasiləsiz istifadə olunur. Onların təhlükəsizliyi dövlət üçün prioritetdir. Bu baxımdan “MyLift" platformasının yaradılması müsbət addım kimi qiymətləndirilir.

AZƏRTAC xəbər verir ki, bunu Sənayedə İşlərin Təhlükəsiz Görülməsi Dağ-Mədən Sənayesi üzrə Dövlət Agentliyinin rəis müavini İsmayıl Nəsirov “MyLift” platformasının rəsmi təqdimat mərasimi zamanı deyib.

O bildirib ki, bu platforma məlumatların mərkəzləşdirilmiş və vahid platfotmada toplanmasına kömək edir. “Agentlik olaraq bizim əsas məqsədimiz, sadəcə, nəzarəti gücləndirmək deyil, eyni zamanda, təhlükəsizliyi təmin etməkdir. "MyLift" platforması sənaye təhlükəsizliyi sahəsində gələcəkdə görüləcək işlərə stimul verir. Hər gün milyonlarla insan lifdən istifadə edir. Səhər işə tələsən valideyndən, dərsdən qayıdan uşağa qədər hamı öz həyatını bu mexanizmə etibar edir",- deyə İ.Nəsirov bildirib.

Избранный
56
azertag.az

1Источники