RU

2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb

ABŞ-ın elektrikli avtomobil (elektromobil) istehsalçısı Tesla 2025-ci ilin oktyabr–dekabr dövrünə dair maliyyə hesabatını açıqlayıb.

Marja xəbər verir ki, şirkətin gəliri ötən ilin son rübündə illik müqayisədə 3 faiz azalaraq 24,9 milyard dollara enib. Tesla 2024-cü ilin eyni dövründə 25,7 milyard dollar gəlir əldə etmişdi.

Şirkətin gəliri 2025-ci il üzrə ümumilikdə də illik müqayisədə 3 faiz azalaraq 94,8 milyard dollara düşüb.

Elektrikli avtomobil istehsalçısının xalis mənfəəti isə ötən ilin dördüncü rübündə illik müqayisədə 61 faiz azalaraq 840 milyon dollara geriləyib. Tesla-nın xalis mənfəəti 2024-cü ilin son rübündə 2,1 milyard dollar səviyyəsində qeydə alınmışdı.

Şirkətin xalis mənfəəti 2025-ci il üzrə isə 46 faiz azalaraq 3,8 milyard dollara enib.

Tesla-nın 2024-cü ilin dördüncü rübündə 60 sent olan səhmbaşına mənfəəti 2025-ci ilin eyni dövründə 24 sentə düşüb.

Tesla-nın gəliri və mənfəəti ötən ilin son rübündəki azalmaya baxmayaraq, bazar gözləntilərindən yüksək olub.

Təhvil sayında azalma qeydə alınıb

Tesla 2025-ci ilin dördüncü rübündə qlobal miqyasda 434 min 358 elektromobil istehsal edib, 418 min 227 elektromobilin isə təhvilini həyata keçirib.

Şirkətin avtomobil istehsalı bu dövrdə illik müqayisədə 5,5 faiz azalarkən, təhvil verilən elektromobillərin sayı 15,6 faiz geriləyib.

Tesla-nın 2025-ci il üzrə ümumi elektromobil istehsalı 1 milyon 654 min 667 ədədə çatıb, təhvil sayı isə 1 milyon 636 min 129 olaraq qeydə alınıb.

Şirkətdən verilən açıqlamada bildirilib ki, bu il təmiz enerji və nəqliyyatı, eləcə də avtonom robotları dəstəkləyəcək infrastruktura daha çox investisiya qoyulacaq.

Həmçinin açıqlamada qeyd olunub ki, Tesla 16 yanvar tarixində süni intellekt şirkəti xAI-nin səhmlərini almaq üçün təxminən 2 milyard dollarlıq investisiya sazişi imzalayıb.

Tesla maliyyə hesabatı 2025 Tesla 4-cü rüb nəticələri Tesla gəliri azalıb Tesla xalis mənfəət azalması elektromobil bazarı 2025 Tesla səhmbaşına mənfəət Tesla EPS 2025 Tesla gəlir 249 milyard dollar Tesla illik gəlir 948 milyard dollar Tesla xalis mənfəət 38 milyard dollar Tesla istehsal və təhvil sayı Tesla elektromobil istehsalı Tesla təhvil azalması qlobal elektromobil bazarı elektrikli avtomobil sektoru Tesla bazar gözləntiləri Tesla investisiya planları təmiz enerji infrastrukturu avtonom nəqliyyat texnologiyaları Tesla süni intellekt investisiyası xAI səhmlərinin alınması Elon Musk şirkətləri ABŞ avtomobil istehsalçıları texnologiya və avtomobil sənayesi xəbərləri
Избранный
101
50
marja.az

10Источники