Kolumbiyanın şimal-şərqində “Satena” aviaşirkətinə məxsus “Beechcraft 1900D” təyyarəsi qəzaya uğrayıb.
ONN media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində təyyarədə olan 15 nəfər - 13 sərnişin və iki heyət üzvü ölüb.
Xilasetmə xidmətləri təyyarənin qalıqlarını La Playa de Belen bələdiyyəsinin dağlıq ərazisində, Norte de Santander departamentində aşkar ediblər.
Həlak olanlar arasında Kolumbiyanın Nümayəndələr Palatasının üzvü Diogenes Kintero, konqresə namizəd Karlos Salsedo və Okana bələdiyyəsinin keçmiş məclis üzvü Xuan David Paçeko və həyat yoldaşı da var.