RU

AMB: Son 3 ildə BOKT-lər 860 mln. manata yaxın həcmdə istiqraz buraxıb

Ötən il Bank Olmayan Kredit Təşkilatı(BOKT) sektoru dinamik artım tempi nümayiş etdirib.

APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Fuad İsayev “Kapital Bazarlarına Çıxış: 1-ci İnvestor Mikromaliyyə Forumu”nda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 2025-ci ilin sonuna BOKT-ların cəmi aktivləri 1,24 mlrd. manat təşkil edib ki, bu da il ərzində 25% artım deməkdir. Kredit portfeli isə 29% artaraq 1 mlrd. manatı ötüb.

Fuad İsayev qeyd edib ki, sektorun kapital dayanıqlığı kifayət qədər yüksəkdir. Belə ki, kapitalın aktivlərə nisbəti 24,5% təşkil edir. 2025-ci il ərzində BOKT-ların kapitalı 26,2% artaraq 300 mln. manatı üstələyib.

Baş direktor əlavə edib ki, son 3 il ərzində BOKT-lar tərəfindən ümumilikdə 85,8 mln. manat məbləğində istiqraz buraxılışı həyata keçirilib: "İstiqraz buraxılışlarının 97%-i milli valyutada olub, istiqrazlar üzrə orta müddət isə 2,5 il təşkil edib. 2025-ci ildə Mərkəzi Bank tərəfindən “Bank olmayan kredit təşkilatları haqqında” Qanunun tələblərinə uyğun olaraq “Bank olmayan kredit təşkilatlarında kənar audit aparılmasına dair minimum tələblər” təsdiqlənib və bu tələblər 22 noyabr 2025-ci il tarixindən qüvvəyə minib".

Избранный
2
4
apa.az

5Источники