RU

AİB transsərhəd su əməkdaşlığı üzrə Azərbaycanın da iştirak etdiyi regional layihəyə dəstək olacaq

Asiya İnkişaf Bankı (AİB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramının Su istiqaməti çərçivəsində "İqlimə dayanıqlı su resurslarının idarə olunması üçün transsərhəd su əməkdaşlığının gücləndirilməsi" layihəsini dəstəkləyəcək.

Day.Az bu barədə AİB-ə istinadən xəbər verir.

Layihədə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan iştirak edirlər.

Maliyyələşmə 750 min ABŞ dolları məbləğində Xüsusi Texniki Yardım Fondu hesabına həyata keçirilir.

Təşəbbüs ölkələr arasında siyasətlərin, layihələrin və qarşılıqlı əməkdaşlığın əlaqələndirilməsi üçün regional əməkdaşlıq platformasının formalaşdırılmasına yönəlib.

Layihə kənd təsərrüfatı, təbii resurslar və kənd ərazilərinin inkişafı sektorunda icra olunur və aqrar siyasət, institusional inkişaf, eləcə də potensialın gücləndirilməsi məsələlərini əhatə edir.

Избранный
4
1
day.az

2Источники