RU

Məhkəmə Vətən müharibəsi iştirakçısı ilə bağlı qərar verdi

Ali Məhkəmədə dostunu bıçaqlamaqda təqsirləndirilən Firudin İsrafilovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.


Qeyd: Hadisə 2023-cü ilin noyabrında paytaxtın Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən mağazada baş verib. Belə ki, Şamaxı rayon sakini, 25 yaşlı İsrafilov Firudin Malik oğlu mübahisə zamanı 22 yaşlı Bərdə rayon sakini Hacıyev Cümşüd Duman oğlunu bıçaqlayıb. Qarnından bıçaq xəsarəti alan yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Faktla bağlı cinayət işi açılıb. F. İsrafilov saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülüb.


Məlumat üçün bildirək ki, təqsirləndirilən şəxs F.İsrafilov 44 günlük Vətən müharibəsi iştirakçısı olub.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.İsrafilov 6 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalından həbs edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib.

 

Kamal Məmmədov 

Tarix: 29 Yanvar 2026, 08:05   
Избранный
38
1
pravda.az

2Источники