RU

Qanundan kənar filminin nümayişinə razılıq verilib

ain.az, Reyting.az portalına istinadən məlumat yayır.

Britaniya əsilli Hollivud rejissoru, ssenarist və prodüser Qay Riçinin növbəti rejissor işi - "Qanundan kənar" filminin nümayiş olunacağı tarix açıqlanıb.

Reyting.az xəbər verir ki, Henri Kavill ilə Ceyk Cillenxollun əsas rollarda çəkildiyi yeni filmin ABŞ kinoteatrlarında ilk nümayişi aprelin 10-da, "Black Bear" şirkətinin distribyutorluğu ilə həyata keçiriləcək.

Yeni lentə alınmış ekran əsərində baş rolun ifaçısı Henri Kavill, eləcə də Ceyk Cillenxoll ilə bərabər, Meksikanın tanınmış müğənnisi, kinoaktrisası Eysa Qonsalesdir.

Filmin yaradıcıları, o cümlədən rejissor Qay Riçi bildirib ki, bu kino-layihə uzun müddət postproduksiya mərhələsində qaldığından ekran əsərinin tamamilə dayandırılması ilə bağlı şayiələr yayılıb. Eyni zamanda, qeyd olunub ki, müəyyən səbəblərdən ilkin süjet dəyişdirilib.

Yeni sorğuların nəticəsində məlum olub ki, amerikalı və britaniyalı tamaşaçıların əksəriyyəti bu yeni savaş filminə çox böyük ümid bəsləyirlər. Onlar "Qanundan kənar"ın nümayişinin Qay Riçinin bir rejissor kimi ən uğurlu işlərindən olacağını bildiriblər.

Oqtay QORÇU

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
22
reyting.az

1Источники