RU

Dövlət Agentliyinin şirkətinin borcu yarım milyona çatır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus 10 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin dövlət qarşısında vergi borcu yarım milyona çatır.

NOCOMMENT.az xəbər verir ki, məlumata görə, MMC-nin hazırda Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə borcu 488 089.64 manat təşkil edir.

Qeyd edək ki, 10 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin nizamnamə kapitalı 1 505 600 manatdır. Şirkətin direktoru isə Araz Bəndəliyevdir. O, daha əvvəl 14 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru olub. /İqtisadiyyat.az/

Избранный
5
1
nocomment.az

2Источники