RU

Qəzzada Fələstin dövləti olmayacaq – İsrailin Baş naziri Binyamin Netanyahu

İsrailin Baş naziri Binyamin Netanyahu mətbuat konfransında İsrailin Qəzza zolağında Fələstin dövlətinin qurulmasına icazə verməyəcəyini açıqlayıb. “Qəzzada Fələstin dövlətinin qurulmasına icazə verəcəyimiz barədə açıqlamalar eşitmişəm. Bu baş verməyib və verməyəcək də”– Netanyahu deyib.

O, həmçinin xəbərdarlıq edib ki, Fələstin anklavı silahsızlaşdırılana və HƏMAS tərksilah edilənə qədər İsrail Qəzzanın yenidən qurulmasına icazə verməyəcək. İsrailin baş naziri həmçinin Türkiyə və Qətər qoşunlarının Qəzza zolağında olmasına icazə verməyəcəyini də bildirib.

“İsrail İordan çayından (Aralıq dənizi) dənizinə qədər bütün ərazi üzərində təhlükəsizlik nəzarətini saxlayacaq və bu, Qəzza zolağına da aiddir”, – Binyamin Netanyahu vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Избранный
93
26
editor.az

10Источники