Türkiyənin xarici işlər naziri Hakan Fidan hesab edir ki, İsrailin İrana mümkün hücumunun əsas məqsədi rəsmi Tehranın Silahlı Qüvvələrinin vacib imkanlarını məhv etmək olacaq.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin baş diplomatı "Əl-Cəzirə" telekanalına verdiyi müsahibədə bildirib.
"Düşünürəm ki, İsrailin əsas məqsədi İran ordusunun bəzi vacib imkanlarını məhv etmək olacaq", - nazir bildirib.
İsrailin İrandakı rejimi dəyişdirmək istəyinə münasibət bildirən Türkiyə xarici işlər naziri qeyd edib ki, onlar bunu etmək istəyə bilərlər, amma bacarıb-bacarmayacağı bəlli deyil:
"Bu, xarici hərbi müdaxilədən deyil, xalqdan asılıdır. İran xalqı müharibələr və xarici hücumlar zamanı, xüsusən də İsraildən gələn hücumlar zamanı həmişə öz liderlərinin ətrafında birləşir", - deyə Türkiyə xarici işlər naziri bildirib.