RU

BİZİM Ariz... Xalqa xidmət Allaha xidmətdir


Çoxlarının bəyənmədiyi sovet dövründə şairlər, yazıçılar, rəssamlar, jurnalistlər   adi adamların, kəndlinin, kolxozçunun, fəhlənin, pambıqçının, neftçinin həyatı ilə bağlı əsərlər yaradır, mahnılar bəstələyirdilər.Düzdür, bəziləri bunu dövlətin sifarişi hesab edir və ağız büzürdülər. Həmin kəslər başa düşmürdü ki, dahi şair  Nizami Gəncəvi də “Kərpickəsən kişi” ilə bağlı dastan yaradıb. Məgər Nizamiyə də sovet hökuməti sifariş vermişdi..?Sözümün canı odur ki, xalqa qulluq edən, cəmiyyətin xidmətində duran sadə adamların həyatı başqalarına nümunə olmaq üçün həmişə təbliğ olunmağa layiqdir.Ölkə başçısı cənab İlham Əliyev əbəs yerə demir ki, bizim əsas işimiz xalqa xidmət  etməkdir. Möhtərəm Prezidentimiz deyir ki, başda mən olmaqla hamımız  xalqın xidmətçiləriyik.  Bəli, vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq  hər bir vətəndaşın əsas işi öz cəmiyyətinə, öz millətinə  qulluq etməkdir.Və bilməliyik ki, xalqa qulluq edən adam Allaha Qulluq  Edir.Haqqında söz açacağımız  Fariz  qardaşımız  sıradan bir  ictimai-iaşə işçisi, orta sahibkar  olsa da özünün xoş rəftarı ilə, gözəl xasiyyəti ilə  və ən əsası mədəni rəftarı ilə çoxlarına nümunə olmağa layiqdir.Bəli, Fariz  adlı qardaşımız  ən əsası  insanlarla  rəftar etməyi gözəl bacarır. Yəni insanlara ancaq gəlir mənbəyi kimi baxmır. Əlbəttə, hər bir  insan çalışdığı sahədə pul qazanmaq, xeyir götürmək, indiki dillə desək öz biznesini genişləndirmək istəyir. Unutmayaq ki, hazırda bazar iqtisadiyyatı dövrünü yaşayırıq. Bu müəllimə də, kafe müdirinə də, şairə də, alimə də aiddir. Ancaq insanlara əmtəə  kimi, qazanc mənbəyi kimi baxmaq olmaz. İlk növbədə insana layiqli  xidmət lazımdır. Müəllim öz şagirdinə, həkim öz xəstəsinə, ticarət işçisi öz müştərisinə ancaq və ancaq qazanc mənbəyi kimi baxanda cəmiyyət korlanır. Haqqında söz açdığımız  Fariz ( Soyadı, atasının adı ) qardaşımız da öz nümunəvi  xidməti ilə çoxlarına nümunə olmağa layiqdir. Yazının başlığında əbəs yerə “Bizim Fariz..” yazmadıq. Bəli, “BİZİM ..” anlayışı çox dərin anlayışdır.Həzrəti Peyğəmbərimiz Məhəmməd (s.ə.s) əbəs yerə deməyib ki, Kiçiyinə QAYĞI, Böyüyünə SAYĞI-hörmət göstərməyən  BİZ-dən deyil.Bəli, ən əsas məsələ insana hörmətdir.Bu kiçik  yazını da  qardaşımız  Farizin, BİZİM  FARİZİN  adına bağışlayırıq  və ona işlərində  uğurlar arzulayırıq.


Избранный
52
1
nuh.az

2Источники