Çoxlarının bəyənmədiyi sovet dövründə şairlər, yazıçılar, rəssamlar, jurnalistlər adi adamların, kəndlinin, kolxozçunun, fəhlənin, pambıqçının, neftçinin həyatı ilə bağlı əsərlər yaradır, mahnılar bəstələyirdilər.
Düzdür, bəziləri bunu dövlətin sifarişi hesab edir və ağız büzürdülər. Həmin kəslər başa düşmürdü ki, dahi şair Nizami Gəncəvi də “Kərpickəsən kişi” ilə bağlı dastan yaradıb. Məgər Nizamiyə də sovet hökuməti sifariş vermişdi..?
Sözümün canı odur ki, xalqa qulluq edən, cəmiyyətin xidmətində duran sadə adamların həyatı başqalarına nümunə olmaq üçün həmişə təbliğ olunmağa layiqdir.
Ölkə başçısı cənab İlham Əliyev əbəs yerə demir ki, bizim əsas işimiz xalqa xidmət etməkdir.
Möhtərəm Prezidentimiz deyir ki, başda mən olmaqla hamımız xalqın xidmətçiləriyik.
Bəli, vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq hər bir vətəndaşın əsas işi öz cəmiyyətinə, öz millətinə qulluq etməkdir.
Və bilməliyik ki, xalqa qulluq edən adam Allaha Qulluq Edir.
Haqqında söz açacağımız VARİS qardaşımız adi-orta bir sahibkar olsa da özünün xoş rəftarı, insanlara münasibəti, gözəl xasiyyəti ilə və ən əsası mədəni rəftarı ilə çoxlarına nümunə olmağa layiqdir.
Bəli, Varis qardaşımız ən əsası insanlarla rəftar etməyi gözəl bacarır. Yəni insanlara ancaq gəlir mənbəyi kimi baxmır. Əlbəttə, hər bir insan çalışdığı sahədə pul qazanmaq, xeyir götürmək, indiki dillə desək öz biznesini genişləndirmək istəyir. Unutmayaq ki, hazırda bazar iqtisadiyyatı dövrünü yaşayırıq. Bu müəllimə də, həkimə də, şairə də, alimə, sahibkara da, iş adamına da aiddir. Ancaq insanlara əmtəə kimi, qazanc mənbəyi kimi baxmaq olmaz. İlk növbədə insana layiqli xidmət lazımdır. Müəllim öz şagirdinə, həkim öz xəstəsinə, ticarət işçisi öz müştərisinə ancaq və ancaq qazanc mənbəyi kimi baxanda cəmiyyət korlanır.
Haqqında söz açdığımız Varis Namaz oğlu Abdullayev də öz nümunəvi xidməti ilə çoxlarına örnək olmağa layiqdir.
Yazının başlığında əbəs yerə “Bizim Varis..” yazmadıq.
Bəli, “BİZİM ..” anlayışı çox dərin anlayışdır.
Həzrəti Peyğəmbərimiz Məhəmməd (s.ə.s) əbəs yerə deməyib ki, Kiçiyinə QAYĞI, Böyüyünə SAYĞI-hörmət göstərməyən BİZ-dən deyil.
Bəli, ən əsas məsələ insana hörmətdir.
Bu kiçik yazını da sadə vətəndaşımız Varisin, BİZİM VARİSİN adına bağışlayırıq və ona işlərində uğurlar arzulayırıq. Həmişə xalqın xidmətində.