RU

Şirkət rəhbərinə borca görə “stop” qoyuldu

Təmir və tikinti şirkəti “EFE Holding” Məhdud Məhsuliyyətli Cəmiyətinin (MMC) direktorunun ölkədən çıxışına məhdudiyyət qoyulub. 
NOCOMMENT.az xəbər verir ki, “EFE Holding”in qanuni təmsilçisi Quliyev Vəli Əliosman oğlunun rəhbərlik etdiyi şirkətlərə görə dövlət büdcəsində 42508,46 manat vergi borcu olub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən sahibkarla bağlı məhkəməyə müraciət edilib. 
Məhkəmənin qərarı ilə borcun ödənilməsini təmin edilənə qədər Vəli Quliyevin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. /Qaynarinfo/
Избранный
4
2
nocomment.az

3Источники