“Araz” marketin əməkdaşı Murad deputat Razi Nurullayevə müraciət edərək ünvanlı sosial yardım ala bilmədiyini deyib.
NOCOMMENT.az xəbər verir ki, bu haqda özü xəbər yayıb. Vətəndaş hər dəfə aidiyyatı quruma üz tutur, gah deyirlər ki, evdə olmadınız, zəng etdik götürmədiniz, məlumat düzgün deyil və sairə.
“Murad bəyə inanıram və bilirəm ki, bu yardımı almaq çox mürəkkəb, çətin bir prosesdir. Hər zaman fikirlərimi onsuz da açıq şəkildə demişəm.
Murad bəyin üç azyaşlı uşağı var və başa düşdüm ki, dövlət yardımı almaq üçün hüquqi əsasları da mövcuddur. Sadəcə, onu yoxlamağa gələn sosial işçilər gərək məsuliyyətlə yanaşsınlar. Hamıya şübhə ilə yanaşmaq, hər kəsi yalançı görmək, hər kəsi “dövlətin pulunu havayı yeyəcək” düşüncəsi ilə ittiham etmək olmaz. Zatən, inandırıcı deyil ki, ehtiyacı olmayan sosial yardım üçün müraciət etsin”. /Tribuna.az/
