RU

Yeni Zelandiyada torpaq sürüşməsi təhlükəsi artır: mütəxəssislər xəbərdarlıq edir

Bakı. Trend:

Şimal Adasında baş verən iki ölümcül torpaq sürüşməsindən sonramütəxəssislər xəbərdarlıq ediblər ki, qlobal istiləşmənin dahaşiddətli və tez-tez fırtınalara yol açması Yeni Zelandiyada əntəhlükəli təbii fəlakətlərdən biri olan sürüşmələrin sayını artırabilər.

Trend bubarədə xarici KİV-ə istinadla xəbər verir.

Məlumata görə, yanvar ayında Şimali Adada baş verən bir sıratropik fırtınalar güclü leysan yağışlarına və iki ağır faciəyəsəbəb olub. Cümə axşamı səhər saatlarında Tauranga şəhərininşərqində yerləşən Maunganui dağında torpaq sürüşməsi baş verib vənəticədə bir istirahət parkında altı nəfər torpaq altında qalıb.Rəsmilər onların sağ qalma ehtimalının çox aşağı olduğunubildiriblər. Həmin gün şəhərin cənubunda baş verən başqa birsürüşmə isə bir evi tamamilə dağıdaraq iki nəfərin ölümünə səbəbolub.

Mütəxəssislər bildirir ki, Yeni Zelandiyanın tektonik sərhəddəyerləşməsi, ərazilərin qalxması nəticəsində dik yamaclarınformalaşması və ölkənin yüksək yağıntılı dəniz iqliminə malikolması sürüşmə riskini artıran əsas amillərdir.

Son illərdə baş verən fırtınalar ölkədə genişmiqyaslıfəlakətlərlə nəticələnib. Yer Elmləri Yeni Zelandiyanın məlumatınagörə, 2023-cü ildə Qabriel siklonu təxminən 800 min torpaqsürüşməsinə səbəb olub və bu hadisə dünya üzrə indiyədək qeydəalınmış ən ekstremal sürüşmə nümunələrindən biri kimiqiymətləndirilir.

Избранный
56
az.trend.az

1Источники