RU

“Bakıda mənzil bazarında qiymətlər 2020 ci ildən etibarən 70%, bəzi layihələrdə 100 150% ə qədər kəskin artıb”

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Qiymətləndiricilər Palatasının İntizam Komissiyasının sədri Nahid Həsənov bildirir ki, Bakıda mənzil sahibi olmaq artıq sadəcə iqtisadi qərar deyil, sosial-iqtisadi hədəfə çevrilib. Son illərdə qiymətlərin artımı vətəndaşların real gəlirləri ilə əmlak qiymətləri arasındakı fərqi böyüdüb.

2020-2025-ci illərdə mənzil qiymətləri 45-47 % artıb, 2025-ci ildə isə 14-16 % bahalaşma qeydə alınıb. Yeni tikililərdə qiymətlər 13-15 %, təkrar bazarda isə 14-17 % yüksəlib. Mərkəzi və prestijli zonalarda artım davam edir, şəhər kənarında isə tələbin azalması tempini zəiflədir.

Kirayə bazarında aktivlik yüksəkdir: illik artım 13-15 %, orta aylıq kirayə 850-900 manatdır. Yüksək ipoteka faizləri və mərkəzə miqrasiya kirayə qiymətlərinə təsir edən əsas amillərdir.

2026-cı ildə qiymət artımı real gəlirləri üstələyə bilər ki, bu da alqı-satqı əməliyyatlarının azalmasına və “ölü zonaların” yaranmasına səbəb ola bilər. Bazarın sağlam inkişafı üçün qiymət sabitliyi, şəffaf statistika və sosial mənzil layihələrinin genişləndirilməsi vacibdir.

Son illərdə Bakıda mənzil qiymətlərinin sürətlə artması mənzil sahibi olmaq istəyən əhalinin hansı təbəqəsi üçün əlçatan deyil və bu vəziyyət kirayə bazarına necə təsir edir?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına əmlak eksperti Elnur Azadov bildirib ki, mənzil bazarında qiymət artımından həm vətəndaşlar, həm də dövlət zərər görür: “Yaxın vaxtlarda hökumət ipoteka fondu üçün vəsait ayıracaq və bu vəsait banklar və maliyyə təşkilatlarına yönləndiriləcək. Belə rəsmi açıqlamalar əhəmiyyətlidir, çünki iqtisadi göstəricilər və rəqəmlər ekspertlər tərəfindən daha dəqiq təhlil olunur.

Bakıda mənzil bazarında qiymətlər xüsusilə 2020-ci ildən etibarən kəskin artıb: ümumilikdə 70%-ə, bəzi layihələrdə isə 100-150%-ə qədər artım müşahidə olunur. Bu artım bazarın tələbatına və vətəndaşların orta gəlirinə uyğun deyil, nəticədə həm vətəndaşlar, həm də dövlət zərər görür.

Qiymətlərin bu cür yüksək artımı ipotekaya yönəlmiş vəsaitin həcmini artırsa da, büdcəyə və hökumətə mənfi təsir göstərir. Vətəndaşlar daha çox əmlak almağa məcbur olaraq öz gəlirlərinə zərər vurur, iş adamları isə daşınmaz əmlaka investisiya edərkən resurslarını düzgün idarə edə bilmir, kredit və ipotekalardan asılı qalırlar, yəni daha faydalı fəaliyyət göstərmirlər.

Daşınmaz əmlak bazarındakı sürətli bahalaşma hamı üçün zərərlidir. Müvafiq dövlət qurumları və QHT-lər son 5-6 il ərzində ölkədə vətəndaşlara və büdcəyə dəymiş zərəri hesablamalıdır. Rəqəmlər isə olduqca çox fantastik olacaq”.

Elnur Azadov

Elnur Azadov qeyd edib ki, yaxın 1-2 il ərzində bu qiymət artımının zərəri həm cəmiyyətə, həm də dövlətə ciddi təsir göstərəcək: “Azərbaycanda daşınmaz əmlak sektorunu dərindən təhlil edən xüsusi bir institut yoxdur. Təklif verən qurumlar da azdır, lakin bir çox ekspertlər, o cümlədən mən, ölkədə əmlakın sürətli bahalaşmasını normal qarşılamır və bu tendensiyaya qarşı çıxırıq.

Bu istiqamətdə ciddi tədbirlərin görünməsi ilə bağlı biz parlamenti, iqtisadçıları və məmurları bu məsələyə diqqət yetirməyə və ciddi tədbirlər görməyə dəvət edirik. Əks halda, yaxın 1-2 il ərzində bu qiymət artımının zərəri həm cəmiyyətə, həm də dövlətə ciddi təsir göstərəcək.

Həssas təbəqə üçün mənzil almaq əlçatan olmayıb, getdikcə çətinləşib. İnsanlar ipoteka üçün müraciət edirlər, amma burada da özünəməxsus problemlər var. Son illərdə daşınmaz əmlakın bahalaşması səbəbindən ipoteka müraciətləri yalnız evi olmayan şəxslərlə məhdudlaşmır, həm də investisiya məqsədli müraciətlər artıb.

Sosial ipoteka 4-8% faizlə, stabil ipoteka isə 10-12% faizlə təklif olunur. Lakin bu kreditlərdən istifadə edənlər adətən böyük məbləğlər götürür - 100-150 min manat və ya daha çox. Nəticədə, vəsait həqiqətən ehtiyacı olan şəxslərin bir qisminə çatmır”.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
6
bizimyol.info

1Источники