RU

Cəlilabadda oğlanlar arasında həndbol üzrə rayon birinciliyi keçirilib

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Cəlilabad, 28 yanvar, AZƏRTAC

Cəlilabad rayonunda Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə həndbol idman növü üzrə oğlanlar arasında rayon birinciliyi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışın əsas məqsədi gənclər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təbliği, həmçinin həndbol idman növünün inkişaf etdirilməsi və perspektivli idmançıların üzə çıxarılması olub.

Birinciliyə Cəlilabad rayonunun müxtəlif təhsil və idman müəssisələrini təmsil edən 4 komanda qatılıb.

Yarışın yekununda ən yaxşı nəticə göstərən komandalar qalib və mükafatçılar sırasında yer alıblar. Qalib komandalar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
18
azertag.az

1Источники