RU

Gürcüstanda 18 yaşlı azərbaycanlı qızın ölümünə səbəb olan sürücü saxlanılıb

Gürcüstanda yol hərəkəti təhlükəsizliyi qaydalarını pozmaqda və nəticədə insan ölümünə səbəb olmaqda ittiham edilən 1992-ci il təvəllüdlü M.M. adlı şəxs saxlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs ötən gün Qardabani rayonunda alkoqollu içkinin təsiri altında idarə etdiyi avtomobillə 2007-ci il təvəllüdlü A.Q. adlı piyadanı vurub. Aldığı xəsarətlərdən gənc hadisə yerində dünyasını dəyişib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları sürücünü yol-nəqliyyat hadisəsindən sonra “isti izlər”lə saxlayıblar.

Faktla bağlı istintaq aparılır. Törədilmiş cinayət əməlinə görə 7 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Yayılan məlumatlara əsasən, qəza nəticəsində ölən gəncin Aidə Qurbanova olduğu müəyyən edilib.

Избранный
33
5
apa.az

10Источники