RU

Qazaxıstan xam neftin Azərbaycan vasitəsilə tədarükünü 7 milyon tona çatdıra bilər

Astana, 28 yanvar, AZƏRTAC

Aktau limanı vasitəsilə Azərbaycana 1,5 milyon ton Qazaxıstan nefti göndərilib.

AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Erlan Akkenjenov məlumat verib. O bildirib: “Atırau-Samara marşrutu ilə 8,8 milyon ton neft nəql olunur. Qazaxıstan-Çin neft kəməri ilə bir milyon ton tədarük olunur, əlavə 10 milyon ton Rusiya nefti də tranzit edilir. Aktau limanından Mahaçqala limanına əlavə 2,2 milyon ton neft çatdırılıb”.

Akkenjenov bildirib ki, nazirlik hazırda bir neçə alternativ təchizat marşrutu hazırlayır. Lakin onun qeyd etdiyi həcmlər Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə nəql edilən rəqəmlərdən xeyli aşağıdır.

Qazaxıstanlı nazir vurğulayıb: “Ən perspektivli marşrut Bakı-Tbilisi-Ceyhan boru kəməridir. Hazırda 2,2 milyon ton neft nəqli üzrə müqaviləmiz var və həcmi artırmaq üçün fiziki tədarükləri 7 milyon tona çatdırmaq potensialımız mövcuddur”.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Избранный
39
3
azertag.az

4Источники