RU

Azərbaycan komandasının futbolçularına o qədər mükafat veriləcək ki… FANTASTİK MƏBLƏĞ!

“Qarabağ” bu gün Çempionlar Liqasının əsas mərhələsində sonuncu oyununa çıxacaq.

Ağdam klubu əsas mərhələnin 8-ci turunda “Liverpul”la qarşılaşacaq.

Matç məşhur “Enfil Road” stadionunda baş tutacaq.

Hazırda "Qarabağ" turnir cədvəlində 10 xalla 18-ci yeri tutur. "Liverpul" isə 15 xalla 4-cüdür.

Bu oyun hər iki komanda üçün xüsusi əhəmiyyət daşıyır və heç biri ən azı uduzmamağa çalışacaq.

"Liverpul" qalib gəlməlidir ki, 1/8 finala vəsiqəni birbaşa təmin etsin. "Qarabağ"a pley-offa adlamaq üçün 1 xal da kifayət edəcək.

Amma Ağdam klubunun nəzəri baxımdan həmin mərhələdə oynamaq şansı uduzsa belə qalacaq. Bu, digər bir neçə matçın nəticəsindən də asılı olacaq.

"Qarabağ" rəhbərliyi qarşıya qoylan məqsədə çatmaqdan ötrü bütün gücünü ortaya qoyub.

Onların üzərinə düşən nədir? Komandanı motivasiya etmək.

Futbolçular bundan narahat olmaya bilər - sərfəli nəticə qazansalar, qarşılığını artıqlamasıyla alacaqlar. “

Enfil Road”da əldə olunacaq 3 xal əsas heyətdə meydana çıxanların hər birini 200 min manat civarında irəli salacaq.

Heç-heçə halında isə bu rəqəm 100 msin manatdan aşağı düşməyəcək.

SPORTİNFO.AZ

Избранный
19
sportinfo.az

1Источники