2025-ci ildə Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) 111.5 milyon manat xalis mənfəət, 232.8 milyon manat məbləğində isə əməliyyat mənfəəti əldə ediblər.
"Cebheinfo.az" xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında apardığı hesablamalarına görə, illik müqayisədə BOKT-ların xalis mənfəəti 29 %, əməliyyat mənfəəti isə 11.2 % azalıb.
Hesabat dövründə sözügedən kredit təşkilatlarının xalis faiz gəliri 176.7 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 15.6% azdır.
Qeyd edək ki, 2025-ci ildə BOKT-ların aktivləri əvvəlki illə müqayisədə 25.2% artaraq 1 milyard 243.6 milyon manat, öhdəlikləri isə 26.5% artaraq 679.3 milyon manat təşkil edib.
2025-ci yanvar ayının 1-nə BOKT-ların cəmi kapitalı 564.3 milyon manat olub ki, bu da illik müqayisədə 23.6% çoxdur.
Xatırladaq ki, 2026-cı ilin 1 yanvar tarixinə Azərbaycanda 54 BOKT fəaliyyət göstərir.
"Cebheinfo.az"