AZ

2025-ci ildə sürətli pul köçürməsi sistemləri ilə Azərbaycan banklarına daxil olan vəsaitin həcmi artıb

Bakı. Trend:

2025-ci ilin sonuna Azərbaycanda banklara sürətli pul köçürməsistemləri vasitəsilə 288,5 min əməliyyat üzrə 162,3 milyon manatdaxil olub.

Trend bu barədəAzərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, 2024-cü illə müqayisədə əməliyyatların sayı 4,9min və ya 1,7% artıb, daxil olan vəsaitin həcmi isə 49 milyon manatvə ya 43,2% artıb.

Hesabat dövründə bir əməliyyat üzrə orta köçürmə məbləği 562,6manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 163,1 manat vəya 40,8% çoxdur.

Eyni zamanda, 2025-ci ilin sonuna banklardan xaricə sürətli pulköçürmə sistemləri vasitəsilə 103,6 min əməliyyat üzrə 47,7 milyonmanat köçürülüb. 2024-cü illə müqayisədə əməliyyatların sayı 25,7min və ya 19,9% azalıb, köçürülən vəsaitin həcmi isə 10 milyonmanat və ya 26,5% artıb.

Banklardan xaricə bir əməliyyat üzrə orta köçürmə məbləği 460,3manat olub ki, bu da 2024-cü illə müqayisədə 107,9 manat və ya30,6% çoxdur.

Qeyd edək ki, 2025-ci ilin sonuna Azərbaycanda banklar və“Azərpoçt” ASC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayıəvvəlki aya nisbətən 145 min vahid artaraq 21 milyon 980 min vahidtəşkil edib.

2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 10,5%artıb.

Seçilən
69
50
az.trend.az

10Mənbələr