RU

Rusiyada matəm ELAN OLUNDU

Yakutiyanın Nurybinsk rayonunun rəhbəri Aleksey İnnokentyev fərdi yaşayış evində baş verən yanğın nəticəsində beş nəfərin həlak olması ilə əlaqədar üçgünlük matəm elan edib.

Bizim.Media xəbər verir ki, o, bu barədə Telegram kanalında məlumat verib.

Rayon rəhbəri həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

“Ümidverici gənc nəslin, bütöv bir ailənin itirilməsi bölgəmiz üçün son dərəcə ağır və ağrılıdır. Bu dəhşətli faciə ilə heç bir insan barışa bilməz”, – deyə Aleksey İnnokentyev bildirib.
 

Qeyd edək ki, istintaq məlumatına görə, yanğın yanvarın 28-nə keçən gecə baş verib. Saxa (Yakutiya) Respublikası üzrə FHN-in Baş İdarəsinin mətbuat xidməti evin tamamilə alova büründüyünü, yanğının ümumi sahəsinin 91 kvadratmetr təşkil etdiyini açıqlayıb. İlkin versiyaya əsasən, yanğın qısaqapanma nəticəsində baş verib.


Faktla bağlı Yakutiya üzrə İstintaq Komitəsi iki və daha çox şəxsin ehtiyatsızlıqdan ölümünə səbəb olma maddəsi ilə (RF CM-nin 109-cu maddəsinin 3-cü hissəsi) cinayət işi açıb.

İstintaq Komitəsinin məlumatına görə, yanğın yerində 2011, 2014 və 2023-cü il təvəllüdlü uşaqların, onların anasının, həmçinin 1971 və 1977-ci il təvəllüdlü iki qohumun cəsədləri aşkar edilib. Daha iki nəfər — dörd yaşlı qız uşağı və 1999-cu il təvəllüdlü anası reanimasiyadadır.

Hazırda istintaq qrupu hadisə yerinə baxış keçirir.

Bizim.Media

Избранный
23
bizim.media

1Источники