Bakı. Trend:
2025-ci ilin sonuna olan vəziyyətə görə, Azərbaycanda banksistemləri və “Azərpoçt” ASC vasitəsilə dövriyyədə olan ödənişkartlarının sayı əvvəlki ayla müqayisədə 145 min ədəd artaraq 21milyon 980 min ədədə çatıb.
Trend-inAzərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, 2024-cüilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 10,5% artıb.
Qeyd olunur ki, debet kartlarının sayı 12,8% artıb, kreditkartlarının sayı isə 8% azalıb.
“Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbəttəsir göstərmişdir. Belə ki, dekabr ayı ərzində ölkədaxili nağdsızəməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 19%artmışdır. 2025-ci ilin dekabr ayı ərzində kartlar vasitəsiləhəyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 10,097 mln.manat təşkil edib.
Həyata keçirilən nağdsız ödənişlərin 8,833 mln. manatı elektronticarətin payına düşür. Qalan məbləğin 1,260 mln. manatıPOS-terminallar, 3 mln. manatı isə özünə xidmət terminallarının vəbankomatların vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindənödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmiölkədaxili kart əməliyyatlarının 67.6%-nitəşkil etmişdir”,- deyəməlumatda qeyd olunur.