RU

Hava ilə bağlı XƏBƏRDARLIQ: Bu tarixdə QAR YAĞACAQ

Konkret.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Meteoroloji proqnozlara əsasən, bu gün ölkənin bir sıra bölgələrində intensiv yağıntıların müşahidə ediləcəyi, bəzi ərazilərdə qar yağacağı gözlənilir. Qeyd olunan əlverişsiz hava şəraiti yollarda sürüşmə ehtimalını artıra, hərəkəti əhəmiyyətli dərəcədə çətinləşdirə bilər.

KONKRET.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) gözlənilən hava şəraiti ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciətində bildirilib.

BDYPİ gözlənilən hava şəraitini nəzərə alaraq, sürücü və piyadaları diqqətli və ehtiyatlı olmağa çağırıb:

“Unutmayaq ki, hərəkət zamanı sürət həddi yol və hava şəraitinə uyğun seçilməli, öndə hərəkət edən nəqliyyat vasitəsi ilə təhlükəsizlik üçün yetərli qədər ara məsafəsi saxlanılmalıdır. Kəskin manevrlər, təhkükəli ötmə əməliyyatları aparmaq yolverilməzdir. Eyni zamanda, avtomobillərin texniki vəziyyətinə, xüsusilə təkərlərin mövsümə uyğun şinlərlə təchizatına, əyləc və işıq sistemlərinin sazlığına diqqət yetirilməlidir. Unutmayaq ki, hava şəraitindən asılı olmayaraq, yol hərəkəti təhlükəsizliyi hər birimizin birbaşa məsuliyyətidir”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
39
29
konkret.az

10Источники