Ajans.az xəbər verir ki, bununla bağlı DİN-in mətbuat xidmətindən məlumat verilib.
Baş Dövlət Yol Polisi İdarəsi edilən xəbərdarlığı nəzərə alaraq, sürücü və piyadaları diqqətli və ehtiyatlı olmağa çağırır.
Unutmayaq ki, hərəkət zamanı sürət həddi yol və hava şəraitinə uyğun seçilməli, öndə hərəkət edən nəqliyyat vasitəsi ilə təhlükəsizlik üçün yetərli qədər ara məsafəsi saxlanılmalıdır. Kəskin manevrlər, təhkükəli ötmə əməliyyatları aparmaq yolverilməzdir. Eyni zamanda avtomobillərin texniki vəziyyətinə, xüsusilə təkərlərin mövsümə uyğun şinlərlə təchizatına, əyləc və işıq sistemlərinin sazlığına diqqət yetirilməlidir.
Unutmayaq ki, hava şəraitindən asılı olmayaraq, yol hərəkəti təhlükəsizliyi hər birimizin birbaşa məsuliyyətidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31