RU

ABŞ-da qar fırtınası: ÖLƏNLƏRİN SAYI 60-a ÇATIB

ABŞ-da qar fırtınası nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb.

 

Senzor.az bildirir ki, bu barədə yerli və xarici KİV-lər məlumat yayıb.

 

Həlak olanlar arasında Nyu-York, Arkanzas, Kanzas, Luiziana, Massaçusets, Missisipi, Nyu-Cersi, Ohayo, Pensilvaniya, Texas və Cənubi Karolina ştatlarının sakinləri var.

 

Uçuşların izlənməsi və məlumatlarının emalı ilə məşğul olan "FlightAware" şirkəti bazar ertəsi təxminən 6 300, çərşənbə axşamı 2 500 reysin ləğv edildiyini, çərşənbə günü isə daha 500 reysin ləğvinin gözlənildiyini bildirib.

 

"PowerOutage" monitorinq resursu qeyd edib ki, işıqsız qalan istehlakçıların sayı 401 minə qədər azalıb. Onların əksəriyyəti Tennessi (139 259) və Missisipi (125 434) ştatlarında yaşayır.

 

ABŞ Milli Meteorologiya Xidmətinin qiymətləndirməsinə görə, qar fırtınasından təsirlənən bəzi ştatlar son onilliklərin ən uzunmüddətli soyuq dövrü ilə qarşılaşa bilərlər.


Избранный
21
1
senzor.az

6Источники