AZ

ABŞ-də qar fırtınası nəticəsində ölənlərin sayı 50-yə çatıb - YENİLƏNİB

ABŞ-də tüğyan edən güclü qar fırtınası nəticəsində azı 50 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" agentliyi şaxtalı hava şəraitindən zərər çəkmiş ştatların hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Uçuşların izlənməsi və məlumatlarının emalı ilə məşğul olan "FlightAware" şirkəti bazar ertəsi təxminən 6 300, çərşənbə axşamı 2 500 reysin ləğv edildiyini, çərşənbə günü isə daha 500 reysin ləğvinin gözlənildiyini bildirib.

"PowerOutage" monitorinq resursu qeyd edib ki, işıqsız qalan istehlakçıların sayı 401 minə qədər azalıb. Onların əksəriyyəti Tennessi (139 259) və Missisipi (125 434) ştatlarında yaşayır.

ABŞ-də qar fırtınası nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "ABC News" telekanalı məlumat yayıb.

Həlak olanlar arasında Nyu-York, Arkanzas, Kanzas, Luiziana, Massaçusets, Missisipi, Nyu-Cersi, Ohayo, Pensilvaniya, Texas və Cənubi Karolina ştatlarının sakinləri var.

Əlverişsiz hava şəraiti təxminən 200 milyon ABŞ sakininə təsir edib, bəzi yerlərdə qar örtüyünün hündürlüyü 40 sm-ə çatıb. Çətin hava şəraiti səbəbindən ölkədə 20 minə yaxın aviareys ləğv edilib. "PowerOutage" monitorinq resursunun məlumatına görə, 448 mindən çox istehlakçı hələ də işıqsız qalıb ki, onların da əksəriyyəti Tennessi (147 373) və Missisipi (128 462) ştatlarının payına düşür.

ABŞ Milli Meteorologiya Xidmətinin qiymətləndirməsinə görə, qar fırtınasından təsirlənən bəzi ştatlar son onilliklərin ən uzunmüddətli soyuq dövrü ilə qarşılaşa bilər.

Seçilən
12
3
far.az

6Mənbələr