RU

Qeysəriyyə, abort və qanunda boşluq: Doğuşun azalmasının görünməyən səbəbləri (MÜSAHİBƏ)

Bakı. Trend:

Statistika Komitəsinin son məlumatlarına əsasən son illərdəAzərbaycanda doğulan körpə sayı azalıb.

TrendTƏBİB-in Doğuşayardım Komissiyasının sədri Təranə Rəcəbli ilədoğulan uşaq sayının azalmasının səbəbləri, ana və uşaq ölümləriilə bağlı statistika və ölüm səbəbləri, qeysəriyyə əməliyyatlarınınkəskin artım tempi, Reproduktiv Sağlamlıq haqqında Qanununzəruriliyi, hamiləlik dövründə normal çəki artımı, autizmindiaqnostikası, tibbdə süni intellektin tətbiqi və digər aktualməsələlərə dair geniş müsahibəni təqdim edir.

Doğulan uşaq sayının azalmasının əsas səbəblərindən biriqeysəriyyə əməliyyatlarıdır

Təranə Rəcəbli qeyd edib ki, müasir qloballaşan dünyada bir çoxinkişaf etmiş ölkələrdə doğulan uşaq sayında azalma müşahidəolunur.

Həkimin sözlərinə görə, bəzi ölkələrdə əhali artımı kritiksəviyyədə enib və əhalinin yaşlanması prosesi gedir:

“Bu olduqca ciddi problemdir. Lakin səbəblər yalnız tibbiamillərlə məhdudlaşmır. Gec ailə qurmaq, cərrahi doğuşlara üstünlükverilməsi və sosial məsələlər də bu prosesə təsir göstərir. Ailədəbir və ya iki uşağa üstünlük verilməsi də əsas səbəblərsırasındadır.

Əvvəllər dünyada hər üç uşaqdan biri qeysəriyyə kəsiyi ilədoğulurdusa, artıq Azərbaycanda da bu tendensiya artmaqdadır.Qeysəriyyə doğuşları doğulan uşaq sayını məhdudlaşdırır. Belə ki,uşaqlıq üzərində yaranan çapıq toxuma, adətən, maksimum üçhamiləliyə imkan verir. Çapığın yetərsizliyi, patoloji ciftgəlişləri və ciftlərin bitişməsi həm uşaq sayının azalmasına, həmdə dolayı yolla ana ölümlərinə səbəb olur.

Dövlət Statistika Komitəsinin rəqəmlərinə nəzər yetirdikdəgörürük ki, cift patologiyalarının və hamiləlik patologiyalarınınsayı artmaqdadır. Bunun əsas səbəbi isə çapıq toxumanın yaratdığıfəsadlardır”.

Komissiya sədrinin sözlərinə görə, qadınların qeysəriyyəəməliyyatına üstünlük verməsinin əsas səbəbi doğuş ağrısıdır:

“İkinci səbəb isə psixoloji amillərlə bağlıdır. TƏBİB sədri sonbrifinqdə qeyd edib ki, TƏBİB tabeli tibb müəssisələrində ana vəuşaq ölümü hallarında azalma müşahidə olunur. “Əhalininsağlamlığının qorunması haqqında” qanunda yersiz qeysəriyyəəməliyyatlarına görə inzibati cərimə nəzərdə tutulub. Eyni zamanda,Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş klinik protokollardacərrahi doğuşlar ciddi qaydalarla tənzimlənir.

Qeysəriyyə kəsiyinin geniş yayılması demoqrafik göstəricilərəbirbaşa təsir edir. Qadınlar çoxsaylı hamiləlik keçirə bilmir, ciftbitişmələri və döl yumurtasının çapıq toxumaya bitişməsi uşaqlığınitirilməsi ilə nəticələnə bilər. Eyni zamanda, uşaqlığın cırılması(ruptura) kimi ağır fəsadlar da baş verə bilər. Bunlar qeysəriyyəəməliyyatlarının əsas təhlükələri hesab olunur”.

Qeysəriyyə əməliyyatları arasında ideal fasilə üçildir

Həkim bildirib ki, qeysəriyyə əməliyyatlarından sonrahamiləliklər arasında fasilənin düzgün seçilməsi mühüm əhəmiyyətdaşıyır:

“Fasilənin həm qısa, həm də həddindən artıq uzun olmasırisklidir. Məsələn, on il əvvəl qeysəriyyə əməliyyatı olunmuş qadınon ildən sonra hamiləlik planlaşdırdıqda tikiş yetməzliyi problemiyarana bilər. Bu səbəbdən hamiləliklər planlı şəkildə və mütəxəssisnəzarəti altında həyata keçirilməlidir. Qeysəriyyə əməliyyatlarıarasında ideal fasilə üç il hesab olunur”.

Ana ölümlərinin sayının azalması üçün ilk öncə ölümlənəticələnməyən kritik halların sayı azaldılmalıdır

Təranə Rəcəbli ana və uşaq ölümlərinin səbəblərinə də diqqətçəkib. Həkim qeyd edib ki, ana və uşaq ölümlərinin azaldılmasıbütün dünyada prioritet məsələdir:

“Son illərdə mütləq rəqəmlərdə ciddi azalma qeydə alınıb. Ölkəüzrə doğuşayardım müəssisələrinin təxminən 80 faizi TƏBİBtabeliyində fəaliyyət göstərir. TƏBİB tabeli tibb müəssisələrindəhamiləlik, doğuş və zahılıq dövrlərində ana ölümü və erkən neonataldövrdə körpə ölümü, eləcə də ağırlaşmış doğuş hallarının təhliliaparılır.


Ana ölümlərinin azaldılması təkcə ölüm hallarına fokuslanmaqlamümkün deyil. Dünya təcrübəsi göstərir ki, bu proses ölümlənəticələnməyən kritik halların azaldılması ilə birbaşa bağlıdır. Buanlayış ölüm təhlükəsindən xilas edilən anaları ifadə edir.Məsələn, İngiltərədə hər 118 ölümlə nəticələnməyən kritik hala 1ana ölümü düşürsə, Hindistanda bu göstərici 6-ya qarşı 1-dir”.

Komissiya sədri TƏBİB tabeli tibb müəssisələrində ana ölümləriilə yanaşı, ölümlə nəticələnməyən kritik halların da təhliledildiyini vurğulayıb:

“Sual belə qoyulur: Neçə ananı ölümün pəncəsindən xilas edəbilmişik və neçə ananı itirmişik? Bu yanaşma həm sistemdəkiboşluqları, həm də mümkün tibbi səhvləri üzə çıxarmağa imkanverir”.

Hamiləlikdə ana ölümlərinin əsas səbəbləri qanaxmalar,ağır talassemiya, bədxassəli şişlər və ürəkqüsurlarıdır

Təranə Rəcəblinin sözlərinə görə, ana ölümlərinin səbəbləriarasında qanaxmalar üstünlük təşkil edir:

“ÜST-nin 2020-ci il hesabatına əsasən, növbəti yerlərdəpreeklampsiyalar, tromboemboliyalar və ekstragenital xəstəliklərdayanır. Statistika Komitəsinin məlumatları hamiləlik və zahılıqdövründə qadınlar arasında endokrin pozğunluqların, ürək-damarxəstəliklərinin və anemiyaların artdığını göstərir.

Təhlil etdiyimiz hallarda anadangəlmə ürək qüsuru, ağır formalıtalassemiya və bədxassəli şiş xəstəlikləri olan hamilə qadınlararasında ölüm halları qeydə alınıb. Hamiləlik son dərəcə ciddi vəməsuliyyətli bir mərhələdir. Mütəmadi tibbi müayinələrdən keçməməkvə ekstragenital xəstəliklərin vaxtında müalicə edilməməsi anaölümünə gətirib çıxara bilər”.

Doğuşayardım Komissiyasının sədri praktikada rastlanan ölümhallarından da danışıb:

“Təcrübəmizdə epilepsiya səbəbindən üç ana ölümü baş verib. Bəziqadınlar ailə qurarkən epilepsiya xəstəliyini gizlədir, təyinolunmuş dərmanları qəbul etmir və nəticədə hamiləlik dövründə ölümhalları baş verir. İki halda isə ölüm asfiksiya nəticəsində qeydəalınıb. Dərman qəbul edilmədiyi üçün ev şəraitində epileptik tutmabaş verib və qadın tutmadan sonra asfiksiyadan vəfat edib.

Eyni zamanda, vərəm xəstəliyi səbəbindən də ölüm halı müşahidəolunub. Vərəm xəstəsi olan bir qadın süni mayalanma yolu ilə hamiləqalıb, lakin xəstəliyini gizlədib. Yetərli müayinələr aparılmadığıüçün xəstəlik vaxtında aşkarlanmayıb. Ölümündən sonra aparılanmeyit yarılması zamanı miliar vərəm diaqnozu müəyyən edilib”.

Qadının boşandığı üçün uşağı doğmaq istəməməyi abortüçün əsas deyil

Təranə Rəcəbli abortlarla bağlı bəzi məqamlara diqqət çəkib.Həkimin sözlərinə görə, dünya üzrə erkən nikahlar ana və körpəölümünə birbaşa təsir edir:

“Hər ölkənin inkişaf səviyyəsinə uyğun olaraq bu göstəricidəyişsə də, orta hesabla hər 224 erkən nikaha 1 ana ölümü riskidüşür. Azərbaycanda da statistika bu göstəriciyə uyğundur.Qanunvericilikdə nikah yaşının 18-ə qaldırılması erkən nikahlarınsayının azalmasına səbəb olub.

Hər arzuolunmayan hamiləlik və selektiv abortlar demoqrafiyayaciddi təsir göstərir. Abortların həyata keçirilməsi üçün İctimaiSağlamlıq və İslahatlar Mərkəzi (İSİM) tərəfindən müvafiqprotokollar mövcuddur. Eyni zamanda, təhlükəsiz abortlara dairklinik protokollar da tətbiq edilir”.


Həkim qeyd edib ki, hamiləlik bütün hallarda qadının istəyi iləpozula bilməz:

“12 həftəyə qədər hamiləlik qadının istəyi əsasında pozulabilər. Lakin dölün cinsiyyəti 12-ci həftədən sonra müəyyənləşir.12-ci həftədən sonra selektiv abort edildikdə, həkim də buradaməsuliyyət daşıyır. Yəni, qadın 12-ci həftəyə qədər hamiləliyinisonlandıra bilər, lakin 12-ci həftədən sonra hamiləliyin pozulmasıüçün ciddi sosial və tibbi göstərişlər olmalıdır. Bu qərar həkimkomissiyalarının rəyi əsasında həyata keçirilir.

2015-ci ildən Azərbaycanda diridoğulma meyarları dəyişib. Artıq22 həftədən doğulan uşaqlar diridoğulma hesab edilir. Sosialgöstərişlər çərçivəsində hamiləliyin pozulmasına rəy verilə bilər,əgər qadınla kişi boşanıbsa, qadının işi yoxdursa, evi yoxdursa vəmüvafiq sənədləri təqdim edirsə. Tibbi göstərişlərə isə körpəninhəyatla uzlaşmayan tibbi qüsuru və ananın həyati təhlükədə olmasıdaxildir”, o, bildirib.

Bəzən qadınlara hamiləlik dövründə sağlamlıqdan çoxdoğuşdan sonrakı mərasimlər və “parti”lər maraqlıdır

Həkimin sözlərinə görə, hamilə və ana olmağa hazırlaşan qadınlaröz sağlamlıqlarına ciddi yanaşmırlar:

“Səhiyyə Nazirliyinin İctimai Sağlamlıq və İslahatlar Mərkəzi(İSİM) tərəfindən bu məqsədlə mobil tətbiqlər yaradılıb.2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasındahəmin mobil tətbiqlərə əlçatanlığın artırılması bir sıra qurumlartərəfindən qarşıya qoyulan əsas məqsədlərdən biridir.

Bu tətbiqlərə nümunə olaraq “Burla Xatun” mobil aplikasiyasınıqeyd etmək olar. Biz ilkin səhiyyə xidmətinin hesabatlarında buaplikasiyaların təbliği ilə bağlı məlumatların təqdim olunmasınıtələb edirik. Hər bir hamilə qadın bu tətbiqlər vasitəsiləhamiləlik dövründə və hamiləlikdən sonrakı mərhələdə həm özünə, həmdə körpəsinə qulluqla bağlı mühüm məlumatlar əldə edə bilər.

Bu yaxınlarda Yapon şirkətlərindən biri yazılım məqsədilə buragəlmişdilər. Mən onlara mövcud aplikasiyalarımızı təqdim etdim.Onların hazırlamaq istədiyi proqram daha sadə idi. Bizim gördüyümüzişlərlə tanış olduqdan sonra xeyli təəccübləndilər və özləri üçünqeydlər apardılar”.

Komissiya sədri vurğulayıb ki, TƏBİB bu məsələlərə olduqca ciddiyanaşır:

“TƏBİB hər altı aydan bir doğuşayardım müəssisələrindən hesabatalarkən mobil aplikasiyalardan istifadə göstəricilərinə də xüsusidiqqət yetirir. Hamiləliyin ay-ay izlənməsi üçün ayrıca mobiltətbiqlərimiz mövcuddur. Hazırda doğuş, doğuşayardım, körpələrəqulluq və müxtəlif xəstəliklərlə bağlı ümumilikdə 13 mobilaplikasiya istifadəyə verilib. Bu tətbiqlər vasitəsilə qadınlarzəruri və etibarlı məlumatlarla təmin oluna bilərlər.

Təəssüf ki, bəzi hallarda qadınlar bu cür maarifləndiricitətbiqlərdən və məlumatlardan istifadə etməkdənsə, doğuşdan sonrakımərasimlərə və “parti”lərə daha çox maraq göstərirlər”.

Evdə doğuş hallarında doğum haqqında şəhadətnaməni ancaqməhkəmə yolu ilə almaq mümkündür

Təranə Rəcəbli evdə doğuş hallarının yaratdığı problemlər vəçətinliklərdən də söz açıb. Onun sözlərinə görə, evdə doğuşhallarında son üç il ərzində ana ölümü qeydə alınmasa da,ümumilikdə tibb işçilərinin ev şəraitində doğuş qəbul etməsiyolverilməzdir:

“Doğuş zamanı tibb personalının iştirak etməməsi isə xüsusiləyüksək risk daşıyır. Evdə baş verən doğuş hallarında doğum haqqındaşəhadətnamənin alınması yalnız məhkəmə qaydasında mümkündür. Evdədoğuş və hamiləliyin pozulması halları hüquq-mühafizə orqanlarınınnəzarət predmetinə daxildir.

Bu istiqamətdə apardığımız qiymətləndirmələr zamanı Gədəbəydəbir hadisə ilə rastlaşmışdıq. Bir qadın körpəsi ilə birlikdə doğumhaqqında sənəd almaq üçün müraciət etmişdi. Onun üç övladı var idivə bildirmişdi ki, hər üçü ev şəraitində dünyaya gəlib.

Evdə doğuş hallarında əsas problemlər infeksiya və qanaxmarisklərinin vaxtında aradan qaldırılmaması, doğuş zamanı baş verəbiləcək ağırlaşmaların qarşısının alınmaması, profilaktikpeyvəndlərin aparılmaması, eləcə də doğum haqqında şəhadətnaməninəldə edilməsində yaranan çətinliklərdir”.

HPV viruslu qadınlar təbii doğuş edəbilərlər

Təranə Rəcəbli HPV viruslu qadınlarda hamiləlik prosesinə dətoxunub:

“Səhiyyə Nazirliyinin 26 may 2025-ci il tarixli3-28/3-1-197/2025 nömrəli əmri ilə Uşaqlıq boyunu patologiyalarınınbirincili və ikincili profilaktikası üzrə klinik protokol tətbiqedilib. Bu protokollarda mama-ginekoloqlara HPV viruslu qadınlarınhamiləliyinin aparılması barədə konkret tövsiyələr verilir.

Qadınlara demək istərdim ki, xərçəngönü proseslərinprofilaktikası məqsədilə mütəmadi olaraq müayinələrdən vəskrininqlərdən keçmək vacibdir. Kolposkopiya və “Pap smear”testləri İcbari Tibbi Sığorta çərçivəsində ödənilir. HPV virusluqadınlar təbii doğuş edə bilərlər”.

Eşitmə sinirinin problemi autizmlə səhvsalınır

Son dövrlər uşaqlara autizm spektr pozğunluğu diaqnozunun artıbvə autizmin hamiləlik dövründə yarandığına dair fərziyyələr dəmövcuddur. Həkim isə bu fərziyyələrin sübuta yetirilmədiyini qeydedib:

“Autizm spektr pozğunluğu əsrin bəlasıdır. Lakin autizmintəməlinin hamiləlik zamanı qoyulması barədə sübutlu mənbələryoxdur.

Autizmin diaqnostikası bəzi hallarda eşitmə sinirininpatologiyaları ilə səhv salınır. Bu səbəbdən hazırda respublikaüzrə bütün yenidoğulmuşlar doğulduğu gündən etibarən audiometriyaskrininqindən keçirilir. Azərbaycanda bu skrininq testləri İcbariTibbi Sığorta çərçivəsində həyata keçirilir.

2016-cı ildən etibarən “Ana və uşaq sağlamlığı” Dövlət Proqramıçərçivəsində audiometriya skrininqi tətbiq olunur. Hətta özəl tibbmüəssisələrində ana olmuş qadınların körpələrinin də dövlət tibbmüəssisələrində bu skrininqdən keçməsi təmin edilir. Audiometriyacihazları vasitəsilə eşitmə sinirinin funksional vəziyyətiyoxlanılır”.

Həkim qeyd edib ki, eşitmə siniri ilə bağlı problem vaxtındaaşkarlanmadıqda, belə uşaqlara səhvən autizm diaqnozu qoyulabilər:

“Bu baxımdan, autizmin differensial diaqnostikasında ilk və əsasşərt eşitmə sinirinin müayinəsidir.

Eyni zamanda, eşitmə sinirinin patologiyasının yenidoğulmuşdövrdə vaxtında aşkarlanması və müalicəsi gələcəkdə uşağa koxlearimplant qoyulmasının qarşısını ala bilər”.

Az qidalanma və istidə saxlamaq yenidoğulmuşda sarılıqyaradır

Cəmiyyətdə belə bir inam var ki, qeysəriyyə əməliyyatı ilədoğulan uşaqlarda sarılıq inkişaf edir. Təranə Rəcəbli isə bufikirlərin əsassız olduğunu qeyd edib:

“Uşaqda patoloji sarılığın inkişaf etməsinin qeysəriyyəəməliyyatı ilə heç bir əlaqəsi yoxdur. Sarılıq müxtəlif səbəblərdənyarana bilər.

Ana südü, qan qrupu uyğunsuzluğu və irsi xəstəliklər patolojisarılığın əsas səbəblərindəndir. Bundan əlavə, yenidoğulmuşunhəddindən artıq isti mühitdə saxlanılması, düzgün qidalanmaması vəinfeksiyalar da sarılığa gətirib çıxara bilər.

Bu səbəbdən fizioloji və patoloji sarılığın düzgün differensialdiaqnostikası, eləcə də patoloji sarılığın vaxtında və düzgünmüalicəsi böyük əhəmiyyət kəsb edir. Az çəkili, vaxtından əvvəldoğulmuş və infeksiyalaşmış yenidoğulmuşlarda sarılıq daha uzunmüddətli və intensiv şəkildə müşahidə olunur”.

Müayinələrdən keçmədən, çəki artımının səbəblərinidəqiqləşdirmədən pəhriz marafonlarına qoşulmaqtəhlükəlidir

Komissiya sədri arıqlamaq üçün marafonlara qoşulan qadınlaraxəbərdarlıq da edib. Onun sözlərinə görə, bu cür marafonlargələcəkdə bir xeyli problemlərə yol aça bilər:

“Hamiləlik dövründə normal çəki artımı 10–16 kiloqram arasındaolmalıdır. Doğuşdan sonra bu artıq çəkinin təxminən 8–10 kiloqramıtəbii şəkildə azalır. Təəssüf ki, doğuş və zahılıq dövrünüağırlaşdıran xəstəliklər arasında anemiya və maddələr mübadiləsipozğunluqları üstünlük təşkil edir. Eyni zamanda piylənmə vəendokrin pozğunluqların artımı da müşahidə olunur.

Hamilələrə göstərilən antenatal xidmətüzrə klinik protokollarda diqqətdə saxlanılan əsas göstəricilərdənbiri boy-çəki indeksidir. Protokola uyğun olaraq şəkərmübadiləsinin və hormonal göstəricilərin nəzarətdə saxlanılmasıvacib şərtlərdəndir. Həkim nəzarəti və balanslaşdırılmış qidalanmaqadının həm hamiləlik dövründə, həm də doğuşdan sonra normalboy-çəki indeksini qorumasına kömək edir”.

Həkim qeyd edib ki, azhərəkətlilik isə həddindən artıq çəkiartımına səbəb ola bilər: “Doğuşdan sonrakı ilk altı ay ərzindəqadınlar çəki vermək məqsədilə pəhriz proqramlarına aludəolmamalıdırlar. Altı aydan sonra isə çəkinin azaldılması məsələsihəkim məsləhəti ilə gündəmə gətirilə bilər. Nəzərə almaq lazımdırki, hamiləlik və zahılıq dövrü qadın orqanizminin ən həssasmərhələlərindən biridir. Bu dövrlərdə sağlamlığın sosialşəbəkələrdə yayılan marafonlara, eləcə də heç bir tibbi müayinəaparılmadan qeyri-peşəkar şəxslər tərəfindən tərtib edilənpəhrizlərə həvalə edilməsi yolverilməzdir.

Çəki artımının yeganə səbəbi alimentar, yəni qidalanma amilideyil. Bəzi hallarda tövsiyə edilən arıqlama çayları ciddisağlamlıq riskləri yarada bilər. İlk baxışdan təhlükəsiz görünən bucür qeyri-peşəkar yanaşmalar sonradan ağır fəsadlara gətirib çıxarabilər. Azhərəkətlilik, kalori balansının pozulması və endokrinxəstəliklər çəki artımına səbəb olan əsas amillər sırasındadır.

Bu tip marafonları təşkil edən şəxslər əksər hallardaqeyri-peşəkar olurlar. Müayinələrdən keçmədən və çəki artımınınsəbəbi dəqiqləşdirilmədən pəhriz tətbiq etmək təhlükəlidir. Bu cürpəhrizlər vasitəsilə qısa müddətdə çəki vermək mümkün olsa da, birmüddət sonra daha artıq çəki yığılması müşahidə edilir. Çünki buyanaşmalar maddələr mübadiləsinin bütün mexanizmlərini pozur”.

Süni mayalanmanın qanunla tənzimlənməməsi və klinikprotokolların olmaması genefondun gələcəyini təhlükə altınasalır

Təranə Rəcəbli süni mayalanma, folikul donorluğu sahələrindəmövcud problemlərə də diqqət çəkib. Həkimin sözlərinə görə,reproduktiv sağlamlıq haqqında qanunun qəbul olunmaması, sünimayalanma sahəsində klinik protokolların olmaması bu sahədə ciddiboşluqlar yaradır və genefondun gələcəyi üçün risklərformalaşdırır:

“Azərbaycanda orqan transplantasiyası haqqında qanun mövcuddur.Bütün hüceyrələrin donorluğu və saxlanılması üçün müvafiq bankyaradılıb. Lakin süni mayalanma üçün donor hüceyrələrinsaxlanılması məqsədilə bank yoxdur. Bu, gələcəkdə genetikxəstəliklərin artmasına gətirib çıxara bilər. Bəzi özəlmüəssisələrdə folikul donorluğu həyata keçirilir, lakin bunun üçünhüquqi baza mövcud deyil. Burada donor olan insanların müayinəsiaparılırmı? Həmin müəssisələrdə folikul donoru olan qadınlar özorqanizmlərinə necə zərər vurduqlarının fərqində olmaya bilərlər.Bunu sadəcə pul qazanmaq yolu kimi seçənlər də var. Amma buprosesdə onlara nə qədər hormonal preparat yeridildiyini nəzərəalmırlar. Donor olan şəxslər barədə ümumi məlumat bazasınınyaradılması zəruridir”.

Təranə Rəcəbli folikul donorluğunun qadın orqanizmi üçün cidditəhlükələr yaratdığını da bildirib. O qeyd edib ki, qadınların sırfəkiz döl üçün süni mayalanmaya üz tutması da yolverilməzdir:

“Xarici ölkələrdə süni mayalanma zamanı ciddi müayinələrdənkeçilir. Bəzən sırf əkiz döl üçün süni hamiləliyə müraciət edənlərdə olur. Amma nəzərə alınmalıdır ki, təkdöllü hamiləlik qadınorqanizmi üçün daha sağlamdır. Vaxtından əvvəl doğulmaların ən çoxsəbəblərindən biri də süni mayalanma ilə çoxdöllühamiləliklərdir.

Avropada təbii əkiz hamiləlik hər 287 hamiləlikdən birində rastgəlinir. Ən çox əkiz uşaq İrlandiyada doğulur. Əkiz hamiləlikdəgenetikanın mühüm rolu var. Sırf əkiz uşaq üçün süni mayalanmaya üztutmaq yolverilməzdir. Üçəm, dördüz və daha çoxdöllü hamiləlik anavə uşaq üçün ciddi riskdir.

Reproduktiv sağlamlıq haqqında qanunun qəbul edilməsi ölkədədemoqrafik göstəricilərin yaxşılaşmasına, genefondunsağlamlaşdırılması və qorunmasına gətirib çıxaracaq. Eyni zamandareproduktiv texnologiyaların tətbiqinə hüquqi baza yaradılacaq,səhiyyənin inkişafına və tibbi xidmətdə beynəlxalq standartlarıntətbiq imkanlarının artmasına səbəb olacaq”.

Süni intellektin tibbdə tətbiqi zəruri olmaqla yanaşı,müəyyən risklər də yarada bilər

Süni intellektin tibbdə, səhiyyə sistemində tətbiqi məsələsindəndanışan komissiya sədri bununla bağlı narahatlıqlarını diləgətirib. Onun sözlərinə görə, həkim və orta tibb işçiləri süniintellektlə işləmək bacarıqlarına malik olmaq üçün müvafiq təlimləralmalıdır:

"Süni intellekt artıq səhiyyə sisteminə daxil olub. Lakin buradavacib bir sual yaranır: süni intellekt səhv etsə, məsuliyyəti kimdaşıyacaq? Süni intellektin tibbdə tətbiqi zəruri olmaqla yanaşı,müəyyən risklər də yarada bilər. Buna görə də bu sahədə müvafiqqanunvericilik aktlarının qəbul edilməsi vacibdir.

Mənim fikrimcə, süni intellekt tibbdə yalnız köməkçi vasitə kimiistifadə olunmalıdır və heç vaxt həkimi əvəz edə bilməz", komissiyasədri qeyd edib.

Избранный
93
3
az.trend.az

4Источники