Ağdam təmsilçisi UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VIII turu çərçivəsində İngiltərədə "Liverpul"un qonağı olacaq.
"Enfield Road" stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Oyunu slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edəcək. Ona köməkçi hakimlər kimi Branislav Hançko və Yan Pozor yardım edəcəklər. Dördüncü hakim funksiyasını Peter Kraloviç yerinə yetirəcək. VAR-da niderlandlı Pol van Boekel, AVAR-da isə belçikalı Yan Boterberq çalışacaq.
Xatırladaq ki, "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi yeddi oyunda üç qələbə, bir heç-heçə və üç məğlubiyyətlə 10 xal toplayıb və turnir cədvəlində 18-ci pillədə qərarlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31