Ajans.az xəbər verir ki, Ağdam təmsilçisi UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VIII turu çərçivəsində İngiltərədə “Liverpul”un qonağı olacaq. “Enfield Road” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Oyunu slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edəcək. Ona köməkçi hakimlər kimi Branislav Hançko və Yan Pozor yardım edəcəklər. Dördüncü hakim funksiyasını Peter Kraloviç yerinə yetirəcək. VAR-da niderlandlı Pol van Boekel, AVAR-da isə belçikalı Yan Boterberq çalışacaq. Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi yeddi oyunda üç qələbə, bir heç-heçə və üç məğlubiyyətlə 10 xal toplayıb və turnir cədvəlində 18-ci pillədə qərarlaşıb.