RU

“Qarabağ” bu gün “Liverpul”la üz-üzə gəlir

“Qarabağ”
Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində sonuncu oyununu keçirəcək. 1news.az xəbər verir ki, Ağdam təmsilçisi VIII turun oyunu çərçivəsində İngiltərədə “Liverpul”un qonağı olacaq.
“Enfild” stadionunda təşkil olunacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 00:00-da səslənəcək. Görüşün baş hakimi slovakiyalı FIFA referisi İvan Krujlyak olacaq. Ona yan xətlərdə həmyerliləri Branislav Hançko və Yan Pozor kömək edəcək. Dördüncü hakim funksiyasını Peter Kraloviç yerinə yetirəcək. VAR hakimi Niderlanddan Pol van Boekel, AVAR isə belçikalı Yan Boterberq olacaq. Qeyd edək ki, turnir cədvəlində “Qarabağ” 7 oyundan sonra topladığı 10 xalla 18-ci, “Liverpul” isə 15 xalla 4-cü pillədə qərarlaşıb. Bu görüş Ağdam klubu üçün pley-off mərhələsində mövqeyini möhkəmləndirmək baxımından böyük əhəmiyyət daşıyır.

UEFA Çempionlar Liqası
Əsas mərhələ, VIII tur
00:00 – “Liverpul” – “Qarabağ”
Stadion: “Enfild”

Избранный
89
50
1news.az

10Источники