RU

Qurban Qurbanov: Futbolçularıma inanıram

Liverpul, 27 yanvar, AZƏRTAC

Qrup mərhələsində son oyunumuza çıxırıq. Çox möhtəşəm bir stadionda güclü və özünəməxsus oyun üslubuna malik komandaya qarşı mübarizə aparacağıq. Rəqibin futbolçuları hər zaman yüksək istək və motivasiya ilə çıxış edirlər.

AZƏRTAC xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Liverpul şəhərində “Enfild” stadionunda keçirilən mətbuat konfransında deyib.

“Biz də çalışacağıq ki, meydanda yaxşı oyun nümayiş etdirək. Futbolçularıma inanıram və əminəm ki, onlar sabah ən yaxşı oyunlarını göstərməyə çalışacaqlar”.

Qeyd edək ki, “Liverpul” – “Qarabağ” oyunu yanvarın 28-dən 29-na keçən gecə Bakı vaxtı ilə 00:00-da keçiriləcək.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Избранный
83
5
azertag.az

10Источники