BAKI, 27 yanvar. TELEQRAF
"Əsas mərhələdə son oyunumuzu keçirəcəyik. Çox möhtəşəm bir stadionda güclü komandaya qarşı mübarizə aparacağıq".
Teleqraf xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İngiltərədə "Liverpul"la keçiriləcək UEFA Çempionlar Liqası oyunu öncəsi mətbuat konfransında deyib.
"Rəqibin futbolçuları hər zaman qələbə istəyi ilə çıxış edirlər. Biz də çalışacağıq ki, meydanda yaxşı oyun nümayiş etdirək. Futbolçularıma inanıram və əminəm ki, onlar sabah ən yaxşı oyunlarını göstərəcəklər".
Qeyd edək ki, “Liverpul” - “Qarabağ” oyunu yanvarın 28-dən 29-na keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.