RU

Ötən il Azərbaycandan Tunisə ixrac olunan neftin həcmi açıqlandı

Bakı. Trend:

2025-ci ildə Azərbaycandan Tunisə 227,9 milyon ABŞ dollarıdəyərindən bitumlu süxurlardan əldə edilmiş 4432 min ton xam neftvə neft məhsulları ixrac olunub.

Trend bu haqdaDövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

2024-cü ilin göstəriciləri ilə müqayisədə bu göstərici dəyərifadəsində 51,9 milyon ABŞ dolları və ya 18,5 faiz, həcm baxımındanisə 14,1 min ton və ya 3,2 faiz azdır.

2024-cü ildə Azərbaycandan Tunisə 279,8 milyon dollar dəyərində446,1 min ton neft və neft məhsulları ixrac olunmuşdu.

2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlusüxurlardan əldə edilən xam neft və neft məhsulları üzrə 23,4milyon ton həcmində məhsul ixrac olunub. İxracın ümumi dəyəri 12,1milyard ABŞ dolları təşkil edib.

Bildirilir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyərifadəsində göstərici 2,4 milyard ABŞ dolları və ya 16,2% azalıb,lakin fiziki həcm baxımından 215 min ton və ya 0,9% artım qeydəalınıb.

Qeyd olunan məhsulların ixracı 2025-ci ildə ölkənin ümumi ixrachəcminin 48,28%-ni təşkil edib.

Məqalədə:
Избранный
125
26
az.trend.az

10Источники