RU

"Günə 1–2 dilim çörək yeyirəm, amma kökəlirəm" - səbəblər nələrdir? - HƏKİM İZAH EDİR

Hazırda insanların əksəriyyəti köklükdən şikayətlənir. Bildirirlər ki, günə 1-2 dilim çörək yesələr də, arıqlamaq əvəzinə kökəlirlər.

Kökəlmənin səbəbi bir neçə cür izah olunur.

Həkim Mərdan Əliyev Day.Az-a açıqlamasında kökəlmənin səbəblərindən bir neçəsinə toxunub.

O bildirib ki,  əsas səbəblər çox yemək və keyfiyyətsiz qidalanmadır.

"Keyfiyyətsiz qidalanma dedikdə, mağazalarda gördüyümüz müxtəlif şirniyyatlar nəzərdə tutulur ki, onların böyük əksəriyyəti trans yağlarla hazırlanır. Bu cür qidaların ucuz olması və çox istehlak edilməsi birbaşa piylənməyə səbəb olur. Trans yağlarla bişirilmiş şirniyyatların ürək-damar sisteminə birbaşa mənfi təsiri var, piylənməni artırır və heç bir faydası yoxdur. Onlar bağırsaqlardan və bağırsaq mikrobiotasından tutmuş ürək-damar sisteminə və qaraciyərə qədər bütün orqanlara zərərlidir."

Həkim digər səbəb kimi isə çox yeməklə yanaşı, hərəkətsizlikdir.

"Nəqliyyatın və avtomobillərin inkişafı nəticəsində insanlar getdikcə daha az hərəkət edirlər. Uzun müddət oturmaq ürək-damar xəstəliklərinə səbəb olan əsas amillərdən biridir. İnsan əslində bir saatdan artıq oturmamalıdır. Bir saat oturduqdan sonra 10-15 dəqiqə gəzmək məsləhət görülür və sonra yenidən oturmaq olar. Amma reallıqda insanlar saatlarla otururlar - həm işdə, həm evdə, televizor qarşısında, divanda, kresloda, həm də yolda, avtomobildə, tıxaclarda."

Elvin Səxavətoğlu 
Day.Az

Избранный
18
day.az

1Источники