Xəbər verdiyimiz kimi, tanınmış uşaq cərrahı Məhyəddin Aydəmirov dünyasını dəyişib.
Adalet.az-ın Unikal-a istinadən məlumatına görə, vəfat edən M.Aydəmirov ehtiyatda olan general-leytenant, keçmiş korpus komandiri Yaşar Aydəmirovun qardaşıdır.
Qeyd edək ki, mərhum həkim 1993-2023-cü illərdə Sumqayıt Uşaq Xəstəxanasında uşaq cərrahı olaraq çalışıb. O, avtobusda ürəktutmadan həyatını itirib. Ötən gün dəfn olunub.
***
09:48
Tanınmış uşaq cərrahı Məhyəddin Aydəmirov 67 yaşında dünyasını dəyişib.
Adalet.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Mərhum uzun müddət Sumqayıt Uşaq Xəstəxanasında uşaq cərrahı kimi işləyib.